"Mən "cukkole-bukkole" mahnılar oxumuram" - Kərim - VİDEO - FOTOLAR

Hit: 631
"Mən "cukkole-bukkole" mahnılar oxumuram" - Kərim - VİDEO - FOTOLAR
 
"4-5 uşaq istəyirəm"
 
"Toyda məcburiyyətdən oxuyuram"
 
"Heç kimdən "yox" cavabı almıram"
 
"Çıxandan sonra dedi ki, narazı qalmadınız?"
 
"O insanla duetimi eşidəndə deyəcəksiz ki, halal olsun sənə"
 
Kərim Abbasovdan sənəti və ailəsi haqda eksklüziv açıqlamalar.
 
Faktor.az xəbər verir ki, müğənni Kərim Abbasov "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib.
 
Kərim Abbasov xalq artisti Alim Qasımovla oxuduqları “Allahdan diləyim” adlı duet haqda danışıb:
 
“Artıq, bu, mənim xalq artisti, əvəzolunmaz sənətkar Alim Qasımovla ikinci işbirliyimdir. Çox arzusundaydım. Allahın lütfüdür. İfanın ortaya çıxması bir möcüzədir. Alim müəllimə zəng edib dedim ki, siz sabah səsyazma studiyasındasınız. Dedi, bəli. Dedim, mənim də mahnımı oxuya bilərsiniz? Dedi ki, axı, mən mahnıya qulaq asmamışam. Dedim, sabah gəlib qulaq asarsınız. Sabah gəldik studiyaya. Alim müəllim də gəldi. Qulaq asdı, dedi ki, fəryadla oxumusan, bəmlərini də düzəlt, əla olacaq”.
 
Sevilən ifaçı xalq artistinin onu studiyada əməlli-başlı təəccübləndirdiyini söyləyib:
 
“Alim müəllim studiyaya girdi. On dəqiqəyə üç “trek” yazdırdı. İnsanın böyüklüyünə baxın. Dedi ki, narazı qalmadınız? Mən bir anlıq fikirləşdim ki, hansı sənətçi bunu edə bilərdi? Ağlıma heç kəs gəlmədi”.
 
Növbəti duetin kiminlə olacağını da elə müğənninin özü açıqlayıb:
 
“Mən çox xoşbəxt sənətçiyəm ki, heç kimdən “yox” cavabı almıram. Hamısı mənə sevə-sevə “ hə” deyir. Alim müəllimdən sonra Mətanət İsgəndərli ilə duetimi təqdim edəcəm. Yeddi-səkkiz aydır ki, mahnı hazırdır. Sadəcə vaxtını gözləyirəm. Ondan sonra daha böyük bir layihəm olacaq. Siz bilmirsiz ki, mən kiminlə duet oxuyacam. Siz eşidib biləndə ki, mən kiminlə duet oxumuşam, o zaman deyəcəksiz ki, “halal olsun!” Mən “cukkole, bukkole” mahnılar oxuya bilmirəm. Təəssüf. Düzdür, toyda məcburiyyətindən ifa edirəm. Toya görə məcbur oxumalısan. İnsanlar fikirləşməsin ki, Kərim ancaq həzin mahnılar oxuyur. Ancaq ağır mahnılar sevirəm”.
 
Kərim övladından və yaşadığı atalıq hissindən də söz açıb:
 
“Allah hamıya qismət etsin. Atalıq hissi gözəl hissdir. Mən yuxudan gec oyanmağa öyrəşmişəm. İndi uşağın əlindən nə yata, nə də dura bilirəm. Yorğunluq var. Allah bizi çox sevir. Bundan sonra dörd- beş uşaq istəyirəm. Arada instagram səhifəmdə uşağın ancaq profil şəkillərini paylaşıram. Deyirəm, birdən gözə gələr. Gözü, burnu mənə oxşayır, ağızdan aşağısı isə anasına bənzəyir”.
 

 

1
1
1
1
1
1








Redaktorun seçimi