"Çox tərlədim, inşallah, atam buna baxmaz" - VİDEO - FOTOLAR

Hit: 502
"Çox tərlədim, inşallah, atam buna baxmaz" - VİDEO - FOTOLAR
"2 ildir sevgiliyik, hər şey normaldır".
 
Faktor.az xəbər verir ki, Türkiyəli müğənni Dərya Uluğ ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib.
 
"Okyanus" mahnısı ilə sevilən müğənni şəxsi həyatı haqda sualı eşidəndə utandığını gizlədə bilməyib:
"Çox tərlədim. Sevgilim var, 2 ildir sevgiliyik. İnşallah, atam bu proqrama baxmaz. Normal irəliləyirik, sıxıntımız yoxdur".
 
Tanınmış ifaçı yeməyi çox sevdiyini açıqlayıb:
"Yeməkləri çox sevirəm. Amma bəzən işlərimin çoxluğuna görə yemək yeməyi unuduram. Ev yeməklərini xüsusi sevirəm. Səhər yeməkləri əvəzolunmazdır".
 
Daha sonra müğənni Azərbaycan mahnılarından danışıb: "Mən Əzizə Mustafazadəni dinləyərək böyümüşəm. Bir çox musiqiçi ona heyrandır. Azərbaycan musiqisi ilə cazı birləşdirən nadir insandır. Ona saatlarca sıxılmadan qulaq asıram. Azərbaycan mahnılarına aşiqəm. "Əziz dostum" mahnısını çox sevirəm".
 
Dərya Uluğ alış-verişi çox sevmədiyini bildirib:
"Alış-verişi heç sevmirəm. Məcbur olmadığım müddətdə alış-veriş etmirəm. Köməkçim edir. Mənə paltar tapmaq üçün çox çətinlik çəkirlər. Qara rəngi çox sevmirəm. Yaxşı geyimlər qara olduğu üçün məcburam. Yayda isə rəngli geyinirəm".
 
Bundan əlavə, müğənni yaxın zamanda Bakıya gəlmək istədiyini də vurğulayıb.

 

1
1
1
1
1
1








Redaktorun seçimi