Zaur Kamal xanım müğənniyə - "Sən oraya çıxdın ki, özünü də göstərəsən?" - FOTOLAR

Hit: 3123
Zaur Kamal xanım müğənniyə - "Sən oraya çıxdın ki, özünü də göstərəsən?" - FOTOLAR

Aparıcı Zaur Kamal sözləri yenə gündəm yaradıb.

Faktor.az Primtime.az-a istinadən xəbər verir ki, Zaur Kamalın aparıcılığını etdiyi "5-də 5" verilişinin ötən gün yayımlanan bölümünün qonaqları əməkdar artistlər İlkin Həsənov, Almaz Orucova, müğənni Rahidə Baxışova və gitara ifaçısı Elman Namazoğlu olub.

Veriliş boyu canlı ifalar edən qonaqlar daha sonra trio şəklində milli mahnılarımızdan ibarət popurri səsləndiriblər. İfa bitdikdən sonra Rahidə Baxışova "Canlı oxumayanda deyirlər ki, səsin yoxdur" ifadəsini səsləndirib.

Zaur Kamalın "Sən oraya çıxdın ki, özünü də göstərəsən?" sualını müğənni belə cavablandırıb: "Əslində mən özümü göstərmədim. Ansamblımla gəlib, öz repertuarımdan mahnılar səsləndirərəm, o zaman özümü göstərmiş olaram".
 








Redaktorun seçimi