Ədalət Şükürov aparıcı ilə "salsa" oynadı - VİDEO - FOTOLAR

Ədalət Şükürov meyxanaçı Vüqarın sirrini açdı.
ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı olan əməkdar artist Ədalət Şükürov maraqlı açıqlamalar verib.
Tanınmış ifaçı, özünün rəqs bacarığı haqda danışıb:
""Salsa" ilə 10 ilə yaxındır ki, məşğulam. Sankt-Peterburqda məktəbini bitirmişəm. 15 ildir məşğul olmuram, fasilə vermişəm. Bizim rəqslər də çox çətindir"
Sevilən müğənni, dostu olan meyxanaçı Vüqarla bağlı maraqlı xatirəsini bölüşüb:
"Vasif Məhərrəmli və Vüqar Abdulov ilə Kubada olanda klip çəkdik. O klipi çəkəndə orada kubalılarla rəqs edirdim. Daha sonra Vüqar da bizim milli rəqsləri onlara öyrətdi".
Daha sonra Ədəlat Şükürov aparıcıya "salsa" oynamağı öyrədib.


