"Televiziya televizora baxanlarındır" - Murad Dadaşov

Hit: 11449
"Televiziya televizora baxanlarındır" - Murad Dadaşov
Bu sözləri "Xəzər TV"nin Baş Direktoru Murad Dadaşov kulis.az-a verdiyi müsahibəsində qeyd edib: “Televiziya rəhbəri olduğum bir il ərzində burada çox maraqlı bir tendensiya duydum. Sən demə, televiziya elə televizora baxanlarındır. Bu, adi kəlimənin arxasında çox maraqlı bir məna var. Bu gün sizin televiziyada baxdığınız hansısa verilişi tənqid etməyə artıq tam səlahiyyətiniz var. Bu, onun göstəricisidir ki, televiziyanın əsas auditoriyası televizora baxanlardır”, - deyə M.Dadaşov bildirib. 
 
O, həmçinin, hazırda televiziya auditoriyasının daha seçici və tələbkar olduğunu da vurğulayıb: "Keyfiyyətli veriliş mütləq şəkildə akademik təsvir olmalıdır, sırf mədəniyyətdən bəhs olunmalıdır. Xeyir. Bu, təkcə belə olmamalıdır. Sadəcə, maraqlı bir məhsul olmalıdır. Elə bir məhsul olmalıdır ki, insan ekran qarşısına keçəndə rahatlıqla ailə üzvləri ilə birlikdə o verilişə baxa bilsin. Bizim auditoriyamızın xüsusi istəkləri var və açıq deyim, bu auditoriyanın müəyyən məsələlərdə orta statistik savadı daha yüksəkdir. Ona görə, bu qədər qınaq var, tənqid var. Elə ölkələr var, onların vecinə deyil televiziyada baş verənlər. Nə versən baxırlar. Bizim tamaşaçımız belə deyil. Tələbkardır. Çünki kifayət qədər savadlıdır. Bilir nə istəyir. Seçə bilir", - deyə M. Dadaşov bildirib.








Redaktorun seçimi