Ağdamda erməni vandallıqları - FOTO FAKTLAR

Hit: 1290
Ağdamda erməni vandallıqları - FOTO FAKTLAR
Məlumat verildiyi kimi ötən gün bir qrup tanınmış ictimaiyyət xadimləri Ağdama səfər ediblər.
 
Faktor.az xəbər verir ki, səfər edənlər arasında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin İdarə heyətinin sədri Elçin Əsgərov də olub. 
 
Elçin Əsgərov Ağdam təəssüratlarından həmçinin erməni vandallıqları barədə öz fikirlərini bölüşüb.
 
Şəhərin video və şəkillərin çoxunuz görmüsüz. Şəhər yoxdu. Salamat bina yoxdu. Hamısını söküb satıblar. Bu heç, bunu bilirsiz. 
 
Amma bu alçaqlar qəbristanlar, qəbir daşları bir yana, qəbirlərin özlərini də ekskavatorla qazıb sümükləri çıxarıb yandırıblar. Abidə adlı yerdə getdiyim qəbristanlıqda Allahverdi Bağırovun qəbrindən başqa qəbir qalmayıb. Hamısının yerində çala qalıb. Sümüklər çıxarılıb yandırılıb. Hətta 1 yaşlı uşağın da cəsədini çıxarıb yandırıblar 
 
Salamat bina var. Ağdam məscidi, İmamzadə ziyarətgahı, Pənahəli xanın məqbərəsi və yarıuçuq İbrahimxəlil xanın məqbərəsi. Elə bilirsiz dini abidə kimi hörmət ediblər? Xeyr. Bu onların düşündüyü təhqirin formasıdı. Məhz dini-mənəvi abidələrimizi saxlayıb, hamısının içində donuz saxlayıblar. Donuz.. Təhqir üçün. Belə nifrətləri var bizə, belə alçaqdırlar. Allah köklərin kəssin..

Heyvan saxlanılan İmamzadə

 
İmamzadənin sökülmüş daşları

Pənahəli xanın türbəsi
 
 
 
Bütün binalar belədir
 


Bu çalaların hamısı qəbir olub. İndi heç nə yoxdur
 


Keçmiş qəbir
 


Bu çalaların hamısı qəbir olub. Qazıblar
 


Keçmiş qəbirlər. Sümüklər də çıxarılıb və yandırılıb
 


1 yaşlı uşağın boş qəbri
 


Ölü şəhər
 
 
 
 
 
 








Redaktorun seçimi