Biz qeyrət savaşında qələbəmizi onlara borcluyuq! - Aslan Abbaszadə yazır

Hit: 472
Biz qeyrət savaşında qələbəmizi onlara borcluyuq! - Aslan Abbaszadə yazır
Hər bir sevincimizi Ordumuza borcluyuq! 
 
Biz torpaqlarımızın hər bir zərrəsini onlara borcluyuq! 
 
Biz qeyrət savaşında qələbəmizi onlara borcluyuq! 
 
Gülüb keçdiklərimiz, "səndən adam olmaz" dediklərimiz, "sənin axrın nə olacaq" dediklərimiz tarix yazdı, bizə sonsuz xoşbəxtliyi bəxş etdi, bizə çox da erkən danışmamağı öyrətdi. 
 
"Bir gün Qarabağda" ifadəmiz artıq videolentlərdə, köhnə yazılarda qaldı. Çünki, sevincimizi, kədərimizi dağına,daşına, suyuna, torpağına danışacaq Qarabağımız artıq bizimdir. 
 
Bugün Kəlbəcər azaddır, e*eməninin "e"si yoxdur artıq! 
 
Gözünüz aydın, əziz Kəlbəcərlilər və ümumilikdə Azərbaycan xalqı! 
 
Kəlbəcər Azərbaycanındır!
 
Tarixi yazan bizim oğullardır, haqqınızı halal edin, igidlər! 
 
Hörmətlə,Aslan Abbaszadə
 
#yaşasınAzərbaycanƏsgəri
#VarolAzərbaycan








Redaktorun seçimi