Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı

Hit: 733
Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı
“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib. 
 
Faktor.az xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:
 
“Zəfər” ordeni;
 
“Qarabağ” ordeni.
 
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.
 
"Cəsur döyüşçü" medalı;
 
"Döyüşdə fərqlənməyə görə" medalı;
 
"Suqovuşanın azad olunmasına görə" medalı;
 
"Cəbrayılın azad olunmasına görə" medalı;
 
"Xocavəndin azad olunmasına görə" medalı;
 
"Füzulinin azad olunmasına görə" medalı;
 
"Zəngilanın azad olunmasına görə" medalı;
 
"Qubadlının azad olunmasına görə" medalı;
 
"Şuşanın azad olunmasına görə" medalı;
 
"Kəlbəcərin azad olunmasına görə" medalı;
 
 "Ağdamın azad olunmasına görə" medalı;
 
 "Laçının azad olunmasına görə" medalı;
 
 "Vətən müharibəsi iştirakçısı" medalı;
 
 "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;"
 
Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.








Redaktorun seçimi