Hərkəs Azərbaycanın gücünü gördü! - Jalə Əhmədova

Hit: 799
Hərkəs Azərbaycanın gücünü gördü! - Jalə Əhmədova
"Təəsüflər olsun ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında imzalanmış bəyanatı anti-azərbaycançılığı təbliq edən, zəfərimizə sevinməyən bəzi güvvələr yalnış və qərəzli şərh edərək, şanlı qələbəmizi ört-bastır etmək istəyirlər. Lakin onlar anlamır ki, Vətən müharibəsi Azərbaycanda mövcud olan iqtidar-xalq birliyini birdaha möhkəmləndirdi və heç bir əsası olmayan qərəzli yanaşma xalqı bu şərəfli qələbədən yayındıra bilməz".
 
Faktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
 
O bildirib ki, bütün dünya anlayır ki, imzalanmış mövcud bəyanat, Azərbaycanın qazandığı hərbi və diplomatik zəfəri, Ermənistanın isə kapitulasiyasını təstiqləyir. Təbii ki, illərdir Azərbaycanı pisləməklə məşğul olan mərkəzlər və dövlətlər bu qələbəni həzm edə bilmirlər. Azərbaycan ordusunun, hökümətinin və xalqının qarşısında aciz qalmış düşmən bu kapitulasiyanı imzalamağa məcbur edildi. 30 ildir danışıqlar prosesini destruktivləşdirən, bir çox dövlətlərin dəstəyi ilə status-kvonu öz xeyrinə saxlamağ xəyalında olan Ermənistan, Azərbaycan ilə döyüş meydanında tək qalan kimi sülhdən danışmağa başladı. Maraqlıdır bəs 30 il bundan öncə dinc əhalini öz doğma yurdlarından didərgin salanda, Xocalıda qətliam törədəndə niyə sülh ağıllarına gəlmirdi?
 
Bu müharibə həmçinin bizə kimin dost kimi qeyri-dost olduğunu göstərdi. Münaqişənin həlli ilə “məşğul” olan üç həmsədr dövlətlərdən biri olan Fransa açıq şəkildə ermənipərəst mövqe tutaraq, özünündə səs verdiyi dörd BMT TŞ qətnamələrinə zidd gedərək işğalçını dəstəklədi. Deyəsən Fransa höküməti 1919-cu ildə Paris Sülh Konfransında təstiq etdiyi, Qarabağın və Zəngəzurunda daxil olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini unudub. Fransa özünü elə aparır ki, sanki özü separatizmdən uzun illər əziyyət çəkməyib, öz ərazilərini terroristlərdən təmizləməyib.
 
Bəyanatın müddəalarına diqqətlə nəzər yetirsək aydın şəkildə anlayırıq ki, Qarabağ bütövlüklə Azərbaycan yurisdiksiyasındadır və orada Azərbaycan qanunları işləyəcəkdir. Bundan əlavə Ermənistan Silahlı Qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarını qeyd-şərtsiz azad edir, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında birləşdirici koridor bərpa edilir. Bütün bunlar Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Rəşadətli Azərbaycan Ordusu sayəsində həyata keçdi və hərkəs Azərbaycanın gücünü gördü!








Redaktorun seçimi