"Vətəndaşlarımızın narahatlığına son qoyulacaq"

Hit: 558
"Vətəndaşlarımızın narahatlığına son qoyulacaq"
Paşinyan: “Müharibə bir az da davam etsəydi biz nəinki Stepanakerti (Xankəndi), Martuni (Xocavənd) və Əsgəranı da itirəcəkdik"
 
1. Paşinyanın dediyi Əsgəran:
    1991-ci ildə Əsgəran rayonu ləğv edilib, onun əsasında Xocalı rayonu yaradılıb. 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Cari ilin noyabrında Xocalının beşə (5) yaxın kəndi işğaldan azad edilib.
 
2. Paşinyanın dediyi Xocavənd:
    1991-ci ildə Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Cari ilin oktyabr-noyabr aylarında Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tərəfindən Xocavəndin 60 (70) faizini işğaldan azad edilib.
 
3. Paşinyanın dediyi Xankəndi: 
    1991-ci il dekabrın 26-da Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğalı edilib və hazırda da işğal altındadır. Ermənilərin ən çox yaşadığı (məskunlaşdığı)
 
Azərbaycan şəhəridir. Şübhəsiz ki, bu şəhərin gələcək taleyinə tezliklə aydınlıq gətiriləcək, vətəndaşlarımızın narahatlığına (intizarına) müsbət mənada son qoyulacaq.
 
Qeyd etmək lazımdır ki, aparılan uğurlu, düşünülmüş siyasət nəticəsində Azərbaycan Ermənistan üzərində qələbə çaldı, torpaqlarımız işğaldan azad edildi.
Bir məsələni də vurğulamaq yerinə düşər. Azərbaycan tarixində qəbul edilmiş əhəmiyyətli qanunlardan biri də Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanunudur. Bu Qanun 1991-ci ildə qəbul edilib.
 
Qanunun qəbul edilməsinə səbəb 1923-cü ildə Azərbaycan xalqının milli mənafeyinə zidd olan, Azərbaycan xalqı ilə erməni xalqı arasında milli ədavətin dərinləşməsinə şərait yaradan, Azərbaycanın ən böyük təbii-iqtisadi bölgəsi olan Qarabağın infrastrukturunun dağıdılmasına və təsərrüfat əlaqələrinin qırılmasına yönəldilən, Dağlıq Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mə’nəvi əlamətləri bu ərazidə yox etmək üçün erməni millətçilərinin istifadə etdikləri amilin — Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını qeyri-hüquqi hesab edilməsi, vilayətin yaradıldığı dövrdə Ermənistan SSR-də yaşayan yarım milyonluq azərbaycanlı əhali üçün heç milli-mədəni muxtariyyətin də yaradılmadığını, sonrakı illərdə isə azərbaycanlı əhalinin Ermənistandan zorla köçürüldüyünü, hazırda orada əslində bir nəfər də azərbaycanlı qalmadığının nəzərə alınması, Azərbaycanın əzəli tarixi ərazisini qoparıb almaq üçün Ermənistan rəhbərliyinin yeritdiyi siyasətin və bu siyasətdə DQMV-nin bir alətə çevrilməsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün real qorxu törətməsi və.s göstərilir.
 
Qeyd olunan Qanunla:
 
Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilir;
 
Tarixi adlar bərpa olunaraq  -  Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılır;
 
Əsgəran və Hadrut rayonları ləğv edilir. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılsın, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir;
 
Anar Məcidzadə
 
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü








Redaktorun seçimi