“Paşinyan yaxın vaxtlarda istefa verə bilər”

Hit: 941
“Paşinyan yaxın vaxtlarda istefa verə bilər”
"Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefa verə bilər".
 
Bunu gazeta.ru-ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
 
“Hazırkı baş nazir çox çətin vəziyyətdədir. Onun ölkənin lideri olduğu günləri praktiki olaraq bitdi. Bir neçə həftə əvvəl məsul siyasətçilər hakimiyyəti orduya təhvil verməyin zəruriliyini qeyd edirdilər. Paşinyan “Məxməri inqilab” dövründə qalib və populyar siyasətçidən qeyri-populyar bir fiqura çevrildi”, - deyə Zatulin bildirib.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. (Qafqazinfo)








Redaktorun seçimi