Milli Məclisin Sədri Türkiyənin TV24 telekanalına müsahibə verib

Hit: 1017
Milli Məclisin Sədri Türkiyənin TV24 telekanalına müsahibə verib
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a bildiriblər ki, müsahibədə Milli Məclisin Sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb. Bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və sözü keçən bir neçə ölkədən biridir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir. Sədr qeyd edib ki, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib. Təxminən 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də, Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan Ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır. Spiker deyib ki, biz Türkiyəyə güvənirik. Bundan sonra formatın adı nə olursa, olsun – Minsk qrupu da ola bilər, başqa ad da ola bilər, heç fərq etməz – amma Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə mütləq masada olmalıdır.







Redaktorun seçimi