"Qarabağla bağlı informasiya müharibəsinə səfərbər olmaq vaxtıdır"

Hit: 899
"Qarabağla bağlı informasiya müharibəsinə səfərbər olmaq vaxtıdır"
Cari ilin 12 iyul tarixində başlayanməlum Tovuz hadisələri zamanı Generalımız Polad Həşimovun ölümü Xalqımızın Qarabağ ətrafında Milli birliyinin bir qığılcımla alovlanmasına səbəb oldu. Bu alov 30 illik Qarabağ üçün həsrət və səbrimizin son nöqtəsi kimi qəlbində milli kimliyinə, Vətənə əvəzsiz sevgidən doğan bir ümididi.
 
Bu fikirləri Faktor.az-a açıqlamasında politoloq Pərvin Mehdiyev son günlər Qarabağ münaqişəsi ətrafında baş verən hadisələrə münasibət bildirərkən deyib.
 
O bildirib ki,bu müharibəQarabağ həsrətini sonlandırmaq üçünBöyük Vətən müharibəsinə qalxan Mübariz igir ər oğullarımızın Müqəddəs Bayrağımızı o torpaqlarda yenidən dalğalandıracaqlarının dünyaya səs salan nəriltisi oldu. Xalqımız torpaqlarımız uğurunda ölməyə deyil ona göz tikənləri öldürməyə hazır olan bayrağım şərəfimdir! kəfənimdir! deyib milyonlarla böyüklü kiçikli orduya çevrildi. Bu əzəmət! bu qürur! tükənməz tərifə layiq bir xalqın yeni yazılacaq tarix dastanının üfüqlərə günəş saçan zəfər cəngisidir. Biz tezliklə o torpaqlara qayıdacayıq yox artıq qayıdırıq! Amma Dövlətimizin apardığı bu mübarizədə bizlərdə arxa cəphədə var gücümüzlə çalışmalıyıq! Qarabağla bağlı həqiqətləri, həmçinin Ermənistanın cinayətkar rəhbərliyinin törətdiyi Gəncə və digər terror əməlləri haqqında məlumatlarıdünya ictimaiyyətinə çatdırmalıyıq! Çox sevindirici haldır ki, dövlət qurumları ilə bərabər ölkəmizdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları da müxtəlif formalı birgə bəyanatlar qəbul edərək haqq səsimizi ayrı-ayrılıqda beynəlxalq təşkilatlara ünvanlayırlar. Lakin bu işlərdə bütün xalqımızı informasiya müharibəsinə qoşulmağa dəvət edirəm. Bu həqiqət və cinayətlərlə bağlı məlumatları təşkilat adından və ya fərd olaraq, müxtəlif beynəlxalq və xarici ölkələrin yerli təşkilatlarının, xarici ölkə milli məclislərinin deputatlarının, xarici mətbuat qurumlarının, xarici ölkələrinin dövlət rəsmilərinin və digər şəxs və qurumların email ünvanlarını internetdən toplayaraq onlara göndərməyiniz çox vacibdir! Hər birimizin Dövlətimizin bütövlüyü uğurunda başlanan bu mübarizədə sözün əsl mənasında VƏTƏNDAŞ olmağımız bizim şərəf və vicdan borcumuzdur! Bir olaq! birlik olaq! Hamımız birlikdə bütöv Azərbaycan olaq! Qoy bütün dünya bilsin ki, Qarabağ Azərbaycandır!
 








Redaktorun seçimi