Səfir: Əlcəzair hər zaman beynəlxalq hüquqa sadiqdir

Hit: 1026
Səfir: Əlcəzair hər zaman beynəlxalq hüquqa sadiqdir
Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mövcud vəziyyətin ciddiliyi, bölgədəki sabitliyə və kollektiv təhlükəsizliyə töhfə verə biləcək münaqişənin hərtərəfli həlli üçün BMT qətnamələrində göstərilən siyasi və hüquqi əsaslara qayıtmağın vacibliyini diktə edir.
 
Bu barədə Faktor.az-a Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq deyib.
 
Diplomat qeyd edib ki, münaqişə çərçivəsində vəziyyətin pisləşməsi beynəlxalq hüquqa əməl olunmamasının nəticəsidir: "Görünən budur ki, beynəlxalq ictimaiyyət BMT-nin hansı şəraitdə və hansı məqsədlə yaradıldığını unudub. Sülh, təhlükəsizlik və inkişaf üçün beynəlxalq hüquq normalarının məcəlləsinin yaradılması üzrə 75 il işə hazırda məhəl qoyulmur. Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələrdə həllinin hüquqi əsası olduğu zaman nə qədər vaxt itirmişik? Təsəvvür edin ki, bu vaxt inkişafa, əməkdaşlığa və həmrəyliyə ayrıla bilərdi! Bölgədəki mövcud vəziyyətin təcililiyi və ciddiliyi, bölgədəki sabitliyə və kollektiv təhlükəsizliyə töhfə verə biləcək hərtərəfli nizamlanma üçün BMT qətnamələrində göstərilən siyasi və hüquqi əsaslara qayıtmağı diktə edir".
 
Səfir bölgədəki gərginliyin azaldılmasına və beynəlxalq hüquqa uyğun olaraq dialoq və danışıqlara qayıdılmasına ehtiyac olduğunu vurğuladı.
 
O qeyd edib ki, Əlcəzair hər zaman beynəlxalq hüquqa sadiqdir, və sülh diplomatiyasını qəbul etmişdir, müstəqillik qazandıqdan, BMT-yə üzv olduqdan sonra sülhə doğru irəliləmənin dəyərlərinin təməlinə qatıb: "Əlcəzair xarici siyasətində beynəlxalq hüquqa sadiqdir və səylərinin böyük hissəsini münaqişələrin sülh yolu ilə həlli vasitəsilə sülhün əldə olunmasına sərf edib".
 
Səlimə Abdelhaq həmçinin Azərbaycan xalqına və xüsusilə ölənlərin ailələrinə başsağlığı verib və Əlcəzairin sülh çağırışlarını dəstəklədiyini təsdiqləyib.







Redaktorun seçimi