Xankəndidəki hərbi hissələr vuruldu - VİDEO

Hit: 3451
Xankəndidəki hərbi hissələr vuruldu - VİDEO
Müdafiə Nazirliyi oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində davam edən bütün cəbhə boyu gərgin döyüşlərlə bağlı məlumat yayıb.
 
Faktor.az xəbər verir ki, məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyyə edilir.
 
Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.








Redaktorun seçimi