Prezidentin fərdi təqaüd ayırdığı Əli Həsənov kimdir?

Hit: 807
Prezidentin fərdi təqaüd ayırdığı Əli Həsənov kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əli Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
 
Faktor.az xəbər verir ki, Əli Pənah oğlu Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
 
1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olub.
 
1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olub.
 
1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti; 1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru; 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru; 2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində işləyib.
 
2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının müdiri olub.
 
Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiridir.
 
150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.
 
Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə də təltif olunub.
 
Ailəlidir, üç övladı var.








Redaktorun seçimi