Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub

Hit: 1117
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.
 
XİN-dən Faktor.az-a verilən məlumata görə, Aİ komissarı C.Bayramovu Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
 
Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.  
 
Telefon danışığı zamanı həmçinin Azərbaycanla Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji təmin edilməsi üçün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli və layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb. 
 
Tərəflər habelə digər maraq doğuran məsələləri müzakirə ediblər.








Redaktorun seçimi