Naxçıvan Muxtar Respublikasının statusu: - TƏKİD və TƏLƏB

Hit: 1769
Naxçıvan Muxtar Respublikasının statusu: - TƏKİD və TƏLƏB

(Qars müqaviləsi və yeni çağırışlar kontekstində)

Bu yaxınlarda, Rusiya siyasi elitasının təlxəyi - rus marionet teatrının tanınmış siyasətçisi Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski məşhur jurnalist Roman Qolovanova verdiyi müsahibədə növbəti dəfə dövlətçiliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə, ələlxüsus Naxçıvanın tarixinə qarşı qərəzli münasibət sərgiləyib, bir sıra faktları təhrif edib, eninə-boyuna əsassız fikirlər səsləndirib.
 
Əsla, biz bu sərsəm aktyorun “Naxçıvan təmiz erməni torpağıdır və adı da Azərbaycan adı deyil” sarsaqlamasına tamaşaçı qalmalı deyilik!!!
Məharətli artist həmişəki kimi dəyişkən xarakterli obrazında çıxış edərək “açıq-aşkar” bu müqəddəs tarixi yurdumuzu - Elimizi uzun illərdir bu “dilsiz-ağızsız” teatrın - “oyunçular tərəfindən kənardan saplarla idarə olunan bəndli kuklaları” - yersiz tamaşaçısı olan Ermənistana üz tutaraq mimika və jestlər edir.
Bu tamaşanın - “cansız aktyorların canlı səhnəsi”nin birinci hissəsi bir müddət əvvəl oynanılmışdı. Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağa həsr olunan panel müzakirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə debat zamanı “zəif bənd”ə çevrilən Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan əlacsız qalaraq, çöpdən yapışaraq Naxçıvana dil və əl uzatmışdı. 
 
Guya ki, hər şeydən məlumatlı olduğunu vurğulamış - “Biz çox böyük erməni əhalisi olan Naxçıvan məsələsini də bilirik” demişdir.
Bu xüsusda, xisləti şərdən yoğrulan “qonuşularımızın” alt niyyətlərinə adekvat olaraq, Naxçıvanı daim diqqətdə saxlamalıyıq!
Gərək müasir dövrün meyllərini nəzərə alaraq, informasiya savaşında unikal layihələr həyata keçirək. Sosial şəbəklər vasitəsilə Naxçıvan “brendi və buludu” yaradaq təbliğ və təşfiq edək.
 
Çox təəssüf ki, Naxçıvandan Milli Məclisdə yer alan vəkillər istər bu həssas və strateji mövzuda, istərsə də son vaxtlar ölkədə baş verən ictimai-siyasi proseslərdə mövqesizlik göstərir və loyallıq nümayiş etdirirərək susurlar.
 
(Rusiyanın Rostov-na-Donu Vilayətində erməni xəstə təxəyyülünün “Yeni Naxçıvan"ı - bugünkü Proretarski quruldu.)
 
Qeyd: 
Məhz bugün - 3 sentyabr 1991-ci il Azərbaycan tarixində çox mühüm hadisə baş vermişdi - Böyük Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və bununla da, Naxçıvanın xilası missiyası başlandı və müasir Azərbaycanın dövlət quruculuğuna doğru gedən yol açıldı.
Naxçıvan əhalisinin, camaatının yetginliyi, qədirbilənliyi, iradə və istəyinin bariz təzahürü idi.
Bu gündə gərək Naxçıvan ilə bağlı eyni müdiriklik göstərək, əzm nümayiş etdirərək Naxçıvana edilən hər bir məkirli niyyətin, cəhdin - uzanan dilin və əlin dərsini verək.
Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizin unitarlığının fövqündə dayanan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi təsbit olunmaqla, Azərbaycan Respublikasının dövlətçilik tarixinin beşiyi, Şərqə qapısı və qardaş Türkiyə Cümhuriyyətinə ümid körpüsüdür. Məğrurluq, mərdlik - alınmaz qalasıdır.
 
Bu diyarı gündəlik həyatında yaşatmaq hamımızın – harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli kimlik və vətəndaşlıq borcumuzdur.
Beynəlxalq tədbirlər, Elmi-praktiki konfranslar, Simpoziumlar və s. təşkil edilməlidi.
Unutmayaq: 
 
Vaxtilə Dahi Heydər Əliyevin dediyi və olduğu kimi, Naxçıvan indi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırlamamalıdır.
Qars müqaviləsi və erməni narazılıqları - xəstə TƏXƏYYÜL
 
Qars danışıqları və müqaviləsi, onun ayrı-ayrı maddələri Ermənistan və diaspor erməniləri tərəfindən birmənalı qəbul olunmadı. Əgər "Sovet Ermənistanı" qəzeti "Qars sülh konfransı" adlı yazısında (27.IX.1921) bu danışıqları Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirirdisə, əks mövqedə dayanan qüvvələr və onların mətbu orqanları məsələyə başqa səpkidən yanaşırdılar.
Təbrizdə çıxan "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsi (13.XI.1921) bu baxımdan olduqca maraqlıdır. Orada yazılırdı ki, şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər.
 
Məqalədə Qars müqaviləsinin nəinki Ermənistana, habelə Rusiyanın özünə də heç nə vermədiyi və sanki türk qoşunlarının təntənə ilə Moskvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirmələri təsiri bağışladığı göstərilirdi. Bu yazı belə bir sonluqla bitirdi: erməni xalqının "xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənistan da onun qurbanıdır.
Daşnaqların orqanı "Çakatamart"ın "Ermənistanda vəziyyət" adlı yazısında (6.XII.1921) Qars konfransının qərarlarından yalnız azərbaycanlıların razı qaldıqları bildirilirdi. Bütün bunlar, sözsüz, daşnaq təbliğatı idi və tarixin sübuta yetirdiyi kimi, Rusiya zamanın və şəraitin, habelə öz siyasi məqsədlərinin imkan verdiyi səviyyədə Ermənistan üçün çox şey eləmişdi və edirdi də.
 
Qars müqaviləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından (Naxçıvan bölgəsi, habelə digər ərazilərin ələ keçirilə bilməməsi və s.) şikayətlənən Ermənistandakı müəyyən dairələr və diaspor sakitləşməyərək başqa arxalar, vasitə və üsullar axtarışına girişmişdilər. Onlar hələ Moskva və Qars müqavilələri arasındakı bir dövrdə Millətlər Liqası cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayının (VI.1921) belə bir qətnamə qəbul etməsinə nail oldular: erməni millətinin müdafiəsi və inkişafı beynəlxalq ədalətin borcudur və erməni məsələsini ədalətlə həll etmədən Şərqdə sülh yaratmaq mümkün deyildir.
Türkiyənin "Vəqt" qəzetinin (30.X.1921) belə bir məlumatından aydın olur ki, "erməni məsələsi" Vaşinqton konfransının (12.XI.1921-6.II.1922) gündəliyinə daxil edilmədiyindən Amerika erməniləri, ümumiyyətlə, Yaxın Şərq həmin problemin orada müzakirəsinə çalışırdılar. Erməni milli demokratlarının orqanı "Joqovurdi Dzaiyn" qəzetində (22.XII.1921) aşağıdakı maraqlı məlumatlar dərc olunmuşdu:
 
1921-ci il noyabrın 21-də erməni milli demokratlarının və gənc hnçakçıların nümayəndələri (B.Kurkçan, V.Mal¬kolm – Roma və Londondakı keçmiş İran səfiri Mirzə Mülkümxan Mamikonyanın oğlu, Amerika Erməniləri İttifaqı Siyasi şöbəsinin üzvləri və katibi Q.Papazyan) "Ermənistan-Amerika komitəsi"nin katibi Montqomerinin vasitəçiliyi və həmin komitənin sədrinin müşayiətilə ABŞ prezidenti U.Hardinqin qəbuluna (21.XI.1921) gedərək Türkiyə Ermənistanının azad olunmasını tələb etmişdilər. Elə həmin gün Dövlət katibi A.Brianın qəbulunda olan daşnakların nümayəndələri isə Rusiya Ermənistanının azad edilməsi tələbini qoymuşdular.
Hər iki görüş zamanı gedən müzakirələrdən bəlli olur ki, ermənilər Moskva və Qars müqavilələrinə məhəl qoymayaraq öz qonşularına, o cümlədən də Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını təkrarən müdafiə etmişdilər. Qars konfransından sonra qaldırılan "erməni məsələsi" ilə bağlı Atatürkün bir fikrini burada xatırlatmaq yerinə düşərdi. O, çıxışlarından birində (1.III.1922) demişdi ki, bizim Şərqdəki faktiki vəziyyətimiz Qars müqaviləsilə hüquqi forma almışdır və bu müqavilə Sevr müqaviləsinin tətbiqolunmazlığını sübut edən amillərdən biridir, "erməni məsələsi" deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır.
Ermənilərin hədsiz və eyni zamanda imkanları ilə əsla uzlaşmayan iddiaları Qərbin müəyyən dairələrində də birmənalı qarşılanmırdı. 
Məsələn, vaxtilə Ermənistana ABŞ-ın Ali komissarı təyin olunan polkovnik U.Haskel erməni xalqını "peşəkar dilənçi" kimi səciyyələndirərək yazırdı ki, ermənilər oğru, yalançı, tamamilə alçalmış, özlərinə yardım göstərməyi bacarmayan və bir-birlərinə kömək etmək istəməyən və hər cür minnətdarlıq duyğularından yoxsul olan kimsələrdilər; erməni xalqı arasında yurd duyğusu olmadığı kimi, ölkəni idarə etmək qabiliyyəti, inkişaf üçün pul və mənbə də yoxdur; qaçqınlar üçün açılan xəstəxanalardakı naxoşlara muzdla baxan ermənilər dava-dərmanları oğurlayaraq satırlar və s. 
İngiltərənin Xarici İşlər naziri Lord C.Kerzon erməni liderlərini "dəyərsiz kimsələr" adlandırırdı. Həmin nazirliyin müşaviri E.Hardinq isə ermənilərin xarakterini yaxşı bildiyindən onların hərəkətlərinə təəccüblənmədiyini söyləmişdi.
 
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru -
Siyasi məsələlər üzrə ekspert








Redaktorun seçimi