“Fransa 100 il sonra təmtəraqla Livana qayıdır” - Şərh

Hit: 1287
“Fransa 100 il sonra təmtəraqla Livana qayıdır” - Şərh
Prezident Emmanuel Makron Fransanın Livanı işğal etməsinin 100-cü ildönümündə yenidən “xilaskar” libasında Beyrutda peyda olub. O, 10 hərbi nəqliyyat təyyarəsi ilə Beyrita gedib. Livanın Fransa nəzarətinə düşməsindən yüz il sonra işğalçı dövlətin rəhbəri bu təmtəraqla Beyruta dönürsə, deməli, onu bura müsəlman dövlətlərinin ixtilafları gətirib.
 
Bu fikirləri Teleqraf.com-a şərqşünas Samid Bağırov Livanda baş verən son olayları şərh edərkən deyib.
 
Şərqşünasın sözlərinə görə, Livanda Fransanın yenidən bu ölkəyə qayıtmasını dəstəkləyən kifayət qədər siyasi və sosial baza var:
 
“Hizbullaha gəldikdə, gözlənildiyinin əksinə olaraq Fransa və ölkədəki ənənəvi rəqibləri ilə daha tez anlaşmağa çalışır. Görünür, Hizbullah ölkədə bundan artıq siyasi boşluğun yaranmaması, ABŞ və Səudiyyəyə meydan verilməməsi, ölkədəki mövcud status-kvonun qorunub saxlanması üçün Fransa ilə müəyyən danışıqlar aparıb və aparır.
 
Artıq Hizbullah ənənəvi rəqibi Səd əl-Həriri və yeni baş nazir Mustafa Ədiblə bağlı ortaq məxrəcə gəlib”.
 
Samid Abbasovun sözlərinə görə, Livan təcrübəsi göstərib ki, ABŞ və Səudiyyə Ərəbistanı bu ölkədə öz işini əsasən siyasi boşluq zamanı həyata keçirir: “Əgər livanlılar bu boşluğu doldurmağı bacarsalar, çətin mərhələni adlaya bilərlər”.








Redaktorun seçimi