Zakir Həsənov Moskvaya gedəcək

Hit: 1225
Zakir Həsənov Moskvaya gedəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
 
Bu barədə Faktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Qeyd olunub ki, səfər sentyabrın 6-dək davam edəcək.








Redaktorun seçimi