İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib

Hit: 1078
İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.
 
Faktor.az-ın məlumatına görə, təbrikdə deyilir:
 
"Hörmətli xanım Prezident,
 
Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
 
Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.
 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".








Redaktorun seçimi