Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Hit: 1955
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
 
Müdafiə Nazirliyindən Faktor.az-a verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.








Redaktorun seçimi