"Düşmən və onun havadarları cavablarını çox ağır şəkildə alacaqlar"

Hit: 944
"Düşmən və onun havadarları cavablarını çox ağır şəkildə alacaqlar"
“İyulun 14-də axşam saatlarında keçirilən vətənpərvərlik aksiyasının sonunda törədilən təxribat yolverilməzdir. Həmin aksiyanın sonu belə olmamalıydı, təxribata və təxribatçılara yol, imkan verilməməliydi. İnanıram və əminəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanları həmin təxribatın icraçılarını, təşkilatçılarını, iştirakçılarını, sifarişçilərini araşdıracaq, təxribatçıların bir-bir kimliyini, kim olduğunu üzə çıxaracaq, onlara lazımi və gərəkən hüquqi qiymətlərini verəcəklər. Çünki güclü, qüdrətli, demokratik, qanunlarla idarə olunan bir ölkədə yaşayırıq və heç kimə də özünü hüquqdan, qanunlardan yuxarı aparmağa razı ola, imkan verə bilmərik. Şəhidlərimiz, igidlərimiz, Qarbağımız bizim müqəddəs dəyərlərimizdir, heç kim və heç kim o dəyərlərə, o müqəddəslərə, müqəddəsliklərə toxuna, onlara hörmətsizlik edə bilməz. Biz buna xalq, millət, dövlət olaraq imkan verə bilmərik, imkan verməmişik, imkan vermirik, bundan sonra da imkan verməyəcəyik”.

Faktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
 
E.Səlimov bildirib ki, kimsə dövlətimizin diqqətini əsas məsələlərdən, torpaq, Qarabağ məsələlərindən yayındıra bilməz və bilməyəcək. “Bizim başlıca hədəflərimiz onlardır-ərazi, torpaq bütövlüyümüzün təmin edilməsi, Qarabağımızın, murdar, alçaq erməni işğalında, tapdağında olan digər yurd yerlərimizin işğaldan aza olunması, bütün ölkəboyu ücrəngli, ay-ulduzlu müqəddəs bayrağımızın dalğalanmasıdır. Bu müqəddəs yolda, bu Haqq mübarizəsində də hamımız xalq olaraq, birik, birgəyik və birlikdə də olacağıq. Dövlətimizlə, Ordumuzla, Sərkədəmizlə-Ali Baş Komandanımızla yan-yana, çiyini-çiyinəyik. Hamımız dövlətimizin, Ali Baş Komandanımızın əmrlərini gözləyirik, hamımızı döyüşməyə, vuruşmağa, torpaqlarımızı qorumağa, işğaldan azad etməyə hazırıq. Çünki bu vətən, bu dövlət, bu torpaq bizimdir.
 
Eyni zamanda, bu Haqq savaşında, Qarabağ mübarizəsində bizimlə birgə olanları, həmrəylik nümayiş etdirənləri, dəstək göstərənləri də qiymətləndirməliyik və qiymətləndiririk. Qələbə, Zəfər uzaqda deyil. Düşmən Ermənistan və onun havadarları cavablarını çox ağır şəkildə alacaqlar. Biz tezliklə Qələbəyə, Zəfərə nail olacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır”-deyə, E. Səlimov qeyd edib.







Redaktorun seçimi