MN: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb

Hit: 1090
MN: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb
 “Azərbaycan tankı vurulmayıb”.
 
Faktor.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
 
Nazirlik rəsmisi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib: “Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.








Redaktorun seçimi