Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir

Hit: 1005
Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir
İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.
 
Bu barədə Faktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
 
Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
 
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 
İctimaiyyətə əlavə məlumat veriləcək.








Redaktorun seçimi