"Qisasımızı mütləq alacağıq"

Hit: 2461
"Qisasımızı mütləq alacağıq"
Erməni üçün heç bir dəyər anlayışı yoxdur. Əsas məqsədə və hədəfə çatmaqdır. Bu məqsədə çatmaq üçün hər vasitədən istifadə etmək olar. Ancaq biz inanırıq ki, qisasımızı mütləq alacağıq. İşğal altındakı bütün torpaqlarımızı azad edəcəyik. Düşmənin hiyləgər, fitnəkar və məkrli olduğunu hamımız bilirk. Ona görə hər birimiz məsələyə yanaşmada və paylaşımlarımızda diqqətli olmalıyıq. Xüsusilə aşağıdakı məqamlara xüsusi diqqət yetirməliyik:
 
1. Döyüş bölgəsindən video və fotoların paylaşılmasından çəkinməliyik. Müdafiə Nazirliyi uyğun gördüyü video və fotoları paylaşır. Dəfələrlə deyilməsinə baxmayaraq yenə bəzi vətəndaşlarımız tərəfindən müxtəlif videolar sosial şəbəkələrdə paylaşılır.
 
2. Dəqiqləşdirilməmiş heç bir məlumatə yaymayaq. Hər kəs narahatdır. Yeni xəbər axtarışındadır. Bu məqsədlə düşmən ölkənin xəbər saytlarına müraciət edənlər də var. Düşmən tərəf bunu gözəl bilir və bir ısra hallarda ictimai rəyi çaşdırmağa çalışır. Görünən odur ki, erməni tərəf ictimaiyyətə düzgün məlumatlar təqdim etmir.
 
3. Sosial şəbəkələrdə paylaşımlarımızda diqqətli olmalıyıq. Əmin olun ki, sosial şəbəkələrdə Azərbaycan adları ilə ermənilər yanlış xəbərlər yayırlar. İctimai rəyi çaşdırmağa, vətəndaşlar arasında nifaq salmağa çalışırlar. Bəzən bilməyərəkdən bizim vətəndaşlar da həmin xəbərləri tirajlayırlar.
 
4. Sosial şəbəkələrimiz ermənilər tərəfindən ciddi izlənilir və təhlil edilir. Buna uyğun strategiya və yanaşma formalaşdırılır. Paylaşımlarımızda bunu nəzərə almalıyıq.
 
5. Çətin də olsa soyuqqanlı olmalı, ağılla hərəkət etməliyik. Cəbhə bölgəsinə axışmağa ehtiyac yoxdur. Bu bizə əlavə problem yarada bilər. Bütün məsələlər dövlət qurumlarının diqqətindədir.
 
6. Ən vacib məsələlərdən biri də birlik və həmrəyliyimizi qorumaqdır. Hamının fikri ümumi problemimizə yönəlməlidir. Hadisələrin gedişindən qrup və partiya maraqları üçün istifadə edilməsi yol verilməzdir.

Millət vəkili
Ceyhun Məmmədov








Redaktorun seçimi