Azərbaycan Ordusu 2 şəhid verib - 5 hərbiçi yaralanıb

Hit: 1876
Azərbaycan Ordusu 2 şəhid verib - 5 hərbiçi yaralanıb
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
 
Bu barədə Faktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
 
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!








Redaktorun seçimi