Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

Hit: 2914
Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, hər iki tərəfdən itki var.
 
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 
İctimaiyyətə əlavə məlumat veriləcək.








Redaktorun seçimi