Eldəniz Səlimov MM-in 4 aylıq fəaliyyətini yüksək qiymətləndirib

Hit: 2449
Eldəniz Səlimov MM-in 4 aylıq fəaliyyətini yüksək qiymətləndirib
Hesab edirəm ki, dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan çətin, üzücü pandemiya dövrünə baxmayaraq, yeni formalaşdırılan parlament, yeni tərkibli və yeni ruhlu 6-cı çağırış Milli Məclis ötən 4 əy ərzində kifayət qədər səmərəli, effektiv və məhsuldar işləyə bildi. Milli Məclis demək olar ki, bütün baş verən proseslərə, hadisələrə, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətə, islahatlar kursuna vaxtında və zamanında çevik reaksiya nümyiş etdirdi.

Bu fikirləri Faktor.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, parlamentdə yeni bir ab-hava yarandı. Xüsusilə, qanun layihələrinin, o cümlədən, cari məsələlərin müzakirələrində əsl demokratiklik, əsl şəffaflıq, əsl qaynarlıq təmin olundu, hər bir kəsə söz demək imkanı, fürsəti yaradıldı.
 
Buna görə də başda parlamentimizin sədri hörmətli Sahibə xanım Qafarova olmaqla, Milli Məclisin bütün rəhbərliyinə dərin minnətdarlığımı ifadə edirəm. Onların fəaliyyəti xüsusi təqdirə layiqdir. Bu baxımdan hesab edirəm ki, MM-in 4 aylıq fəaliyyəti çox müsbətdir və bu proses bundan sonrakı dönəmlərdə də, məntiqi olaraq, davam edəcək.
 
MM həm ölkədəki islahatlar kursuna, həm də insanlarımızın, vətəndaşlarımızın rifahının təmin olunmasına yönəlik qanunvericilik bazasınının daha da təkmilləşdirilməsində, daha da modernləşdirilməsində, daha da işlək mexanizmlərə malik olmasında öz sözünü deyə biləcək. Buna hər cür potensial və imkan var.








Redaktorun seçimi