Azərbaycan Silahlı Qüvvələri güc və qüdrətini dünyaya nümayiş etdirir

Hit: 1165
Azərbaycan Silahlı Qüvvələri güc və qüdrətini dünyaya nümayiş etdirir
26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün hər il ölkəmizdə ümumixalq bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndərin bu fərmanı Azərbaycan tarixinin həqiqətlərini üzə çıxarmaq və ölkəmizdə ordu quruculuğunda varislik ənənələrinin bərpası baxımından cox mühim bir təşəbbüs oldu.
 
Müasir dövürdə də ölkəmizdə ordu quruculuğu və silahlı qüvvələrin daha da modernləşdirilməsi istiqamətində görülən işlər Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətini dünyaya nümayiş etdirir. Son hərbi texnologiyaların orduya cəlb edilməsi, orduda xidmət edən şəxsi heyətin fiziki cəhətdən sağlam və vətənpərvər olması hər bir azərbaycanlı üçün qürurvericidir.
 
Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün hərbiçilərimizi və xalqımızı 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə ürəkdən təbrik edirəm! Ordumuza tükənməz güc və qüdrət, xalqımıza birlik arzulayıram!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
İdman işləri üzrə prorektoru,
professor Yusif Babanlı








Redaktorun seçimi