Millət vəkili vətəndaşlara səsləndi - Hər birimiz karantinə əməl edək

Hit: 844
Millət vəkili vətəndaşlara səsləndi - Hər birimiz karantinə əməl edək
"Vətəndaşlarımızın bu məsələ ilə bağlı çox saylı müraciətləri ilə bağlı olaraq qərara aldım ki, bu dəfə mən sizə, əziz həmvətənlərimə müraciət edəcəyəm. Məsələ isə bəzi məsuliyyətsiz vətəndaşlarımızın sərt karantin rejiminə, dövlət tərəfindən, artan xəstə sayının azalmasına yönəlik qəbul edilən tədbir və qərarlara inadla əməl etməməsidir.
Biz çox əfsuslar olsun ki, virusun Azərbaycanda ilk qeydə alındığı fevral ayından bu günədək iki təhlükə ilə mübarizə aparırıq, birincisi koronavirus ikincisi isə ona inanmayan və öz, öz doğmalarından savayı digər günahsız vətəndaşların və onların doğmalarının həyatlarını riskə atan vətəndaşlarla. 
 
Bu artıq milli təhlükəsizlik məsələsidir. Nəzərinizə çatdırmaq istərdim ki, qaydalara əməl etməyən, adi gigiyenik normaları gözləməyən, xüsusi karantin rejimi zamanı sms və iş icazələrindən sui-istifadə edərək lazımsız gəzintilər edən vətəndaş təbəqəsindən narahat olan bir çox vətəndaş bizə buna son verilməsi üçün çoxsaylı müraciətlər edirlər. 
Qaydalara əməl etməyən, virusa hələdə inanmayan, virusun ilk yayıldığı aylarda az yoluxanların sayını virusun mövcud olmaması ilə bağlayan, qonum-qonşu, qohum-əqrabada yoluxan yoxdu deməli yalandı deyən vətəndaşlarımız sizə birdaha səslənirəm, əgər özünüz qorxmursuzsa, sizlə eyni cəmiyyəti paylaşan digər özünə və yaxınlarına hörmət edən vətəndaşların hüquqlarını pozmayın, onların həyatlarına təhlükə yaratmayın.
 
Nəzərə alın ki, virusdan tezliklə qurtulmaq üçün hökümətin sizin köməyinizə ehtiyacı var. Həmçinin, qaydaları pozan və təhlükə yaradan bütün vətəndaşlara xatırlatmaq istərdim ki, sizlərin qaydalara əməl etməməyiniz cəzaların dahada sərtləşdirilməsinə gətirib çıxara bilər və mümkün sərt cəzaların, yüksək cərimə miqdarlarının yeganə cavabdehi sizlər sayılacaqsınız. Özünüzü və doğmalarınızı qoruyun, hər birimiz karantinə əməl edək ki, bu bəladan ən tez zamanda qurtulaq".

Millət vəkili 
Jalə Əhmədova








Redaktorun seçimi