"Onlar üçün çıxış yolları tamamilə qapanıb"

Hit: 969
"Onlar üçün çıxış yolları tamamilə qapanıb"
İnqilab və çevriliş yolu ilə hakimiyyətə gəldiyi ilk gündən işğalçı ölkənin Baş naziri Nikol Paşinyan və komandası ölkəni bütün müstəvilərdə dərin böhrana və tənəzzülə uğradıb. Problemlər nəinki həll olunub, əksinə, üstünə yeniləri və daha ağırları qalaqlanıb.
 
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.
 
Onun sözlərinə görə, işğalçı ölkədə siyasi, iqtisadi, mənəvi böhran sürətlənlə daha da dərinləşib: "Paşinyan ənənəvi "Qarabağ ritorikası"na əl atsa da, dəfələrlə Azərbaycanı təxribata çəkməyə çalışsa da, özünü erməni xalqının ona yönələn niftərli və qəzəbli baxışlardan xilas edə bilməyib. Eyni zamanda rəqiblərini, onun üçün çox böyük təhlükə olan hərbi canilər, "Qarabağ klanı"nın aparıcı simaları Köçəryan və Sərkisyanı küncə sıxışdırmaqla, onlara həbs təhlükəsi yaşatmaqla, yenə də istəklərinə nail ola bilməyib".
 
Deputat qeyd edib ki, bir müddət öncə ölkənin güc struktukturları ilə yaşanan gərginlik, qarşıdurma, istefalar Paşinyanın və onun timsalında Ermənistanın mövcud durumunun əyani göstəricisinə çevrilib: "Bununla yanaşı, məhkəmə orqanları, xüsusilə də, Konstitusiya Məhkəməsi ilə uzun müddətdən bəri davam edən gərginlik, qarşıdurma artıq özünün pik həddinə çatıb. Hər kəsə də məlumdur ki, məhkəmələrdə, o cümlədən, Konstitusiya Məhkəməsində keçmiş iqtidarın təsiri güclüdür. Çünki oradakı şəxslərin böyük əksəriyyəti keçmiş iqtidara bağlı insanlardır. Bu isə nəticədə Paşinyan və onun komandası, həmçinin, parlamentlə-məhkəmələr, Konstitusiya Məhkməsi arasında böyük gərginlik ocağıdır. Baş nazir nə qədər çalışsa da, manevrlər etsə də, bu ocağı söndürə bilməyib”.
 
Millət vəkili vurğulayıb ki, bu gün Ermənistan, erməni xalqı, Paşinyan iqtidarı od ilə su arasındadır və hələ ki, hamı odla oynayır, su tökən və ya tökmək istəyən yoxdur: "Sonun necə olacağını indidən tam proqnozlaşdırmaq bir o qədər mümkün deyil. Kim gedəcək, kim qalacaq və ya kim gələcək, bunu proseslərin gedişi göstərəcək. Amma bütün hallarda bilinən və görünən odur ki, uduzan və uçuruma yuvarlanan Ermənistan, erməni xalqı və onları illərdir arxasınca ora-bura sürüyən xəstə düşüncəli siyasətçilər olacaq. Çünki proseslərin gedişi göstəriri ki, onlar üçün çıxış yolları tamamilə qapanıb".








Redaktorun seçimi