"Mənim üçün bu əsas fəaliyyət istiqamətlərindən biri olacaq"

Hit: 762
"Mənim üçün bu əsas fəaliyyət istiqamətlərindən biri olacaq"

Bu gün AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclasında hörmətli həmkarlarımla birgə iştirak etdim. Bir çox digər məsələlərlə yanaşı, qadınlara qarşı diskriminasiya, pandemiya dövründə bütün dünyada qadın zorakılığı hallarının artması haqda danışdıq. Fikrimi bildirdim. Əminəm ki, ailədə qadın zorakılıq hallarının baş verməsinin səbəblərindən biri də qadınların maliyyə cəhətdən ailə üzvlərindən asılılığıdır. Hazırda yaşadığımız böhran dövründə qadınların sahibkarlıq fəaliyyətində iştirakı, qadın məşğulluğunun təmini məsələsi aktuallığını artıracaq. Məşğulluq, ixtisas artırma proqramları və təlimlər yolu ilə qadınlar üçün əlavə imkanların yaradılması, o cümlədən qadın “start up”ların dəstəyi iqtisadi inkişafın önəmli alətinə çevriləcək. Hökümət bu istiqamətdə işləməlidir. Mənim üçün də bu əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Millət vəkili
Nigar Arpadarai







Redaktorun seçimi