"ASAN Xidmət" mərkəzlərində smart apteklər fəaliyyət göstərəcək

Hit: 770
"ASAN Xidmət" mərkəzlərində smart apteklər fəaliyyət göstərəcək

Məlumat verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Kompleksin açılışında dövlətimizin başçısına smart aptek aparatı barədə məlumat verilib.

Bildirildi ki, bu aparat vasitəsilə vətəndaşlar onlara lazım olan dərmanları seçə, dərmanın qiyməti, təyinatı barədə məlumat ala və ödəniş edib preparatı götürə bilər.

Ülvi Mehdiyev: Vətəndaş pulu daxil edir, kağız pul da alır, qəpik də. Seçdiyimiz dərmanı iyirmi saniyə ərzində içəridə tapır və təqdim edir.

Prezident İlham Əliyev: İndiki şəraitdə bunun xüsusi əhəmiyyəti var.

Ülvi Mehdiyev: Sizin tapşırığınızla müəyyən pulsuz dərmanlar verilir. O adamlar həmin dərmanı almaq üçün mütləq tibb müəssisinə getməlidir. Amma bu smart apteklər hər yerdə quraşdırıla bilir.

Qeyd edək ki, yerli istehsal olan smart aptek aparatının küçələrdə, iri ticarət mərkəzlərində, “ASAN xidmət”lərdə qoyulması planlaşdırılıb. 500 dərman növünün olduğu bu aparatın xaricə ixracı nəzərdə tutulub.









Redaktorun seçimi