Parlamentdə internet resurslarının hüquqi tənzimlənməsi ilə bağlı müzakirə gedir

Hit: 632
Parlamentdə internet resurslarının hüquqi tənzimlənməsi ilə bağlı müzakirə gedir
"Ümumiyyətlə internet resurslarından hüquqi tənzimlənmə ilə bağlı artıq bir neçə gündür ki, Milli Məclisin plenar iclaslarında çox fəal müzakirə gedir. Təbii ki, bu müzakirəyə də səbəb bütün dünya ölkələrində gedən proseslərdir. Məhz elə bu günlərdə ABŞ prezidenti Donald Tramp tərəfindən də sosial şəbəkələrdən istifadənin tənzmimlənməsi ilə bağlı qərar verildi". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
 
"Hesab edirəm ki, Azərbaycanda da bu qanun layihəsinin qəbul olunmasının vaxtı çoxdan çatıb. Bu qanun layihəsinin təşəbbüsü ilə bağlı Milli Məclisin plenar iclasında da çıxışım oldu. Burada məsələ ondan ibarətdir ki, bəzi radikal qüvvələr xüsusilə Milli Şura tərəfindən və onların himayə etdiyi adamlar tərəfindən sosial şəbəkələrdən istifadə qaydalarında çox mənfi rəy yaradırlar.
 
Təbii ki, biz XXI əsrdə yaşayırıq. Koronovirus pandemiyası da onu göstərdi ki, ən müasir və yüksək texnologiyalardan istifadə bundan sonrakı dövrdə daha çox lazım olacaq. Əslində bu qanun ilk növbədə milli təhlükəsizliyimizi daha da gücləndirməyə nail olmağımıza gətirib çıxaracaq. Bu ölkədə ictimai-siyasi vəziyyətin qorunmasına, eləcə də ayrı-ayrı şəxslərin, bütövlükdə Azərbaycan xalqının şərəf və ləyaqətinin pozulmasının qarşısını alacaqdır. İnanırıq ki, yaxın günlərdə Milli Məclis belə bir qanun layihəsini hazırlayacaq və müzakirəyə çıxaracaq"-deyə, C.Osmanov fikrini tamamlayıb.







Redaktorun seçimi