"Azərbaycan dövləti hər zaman olduğu kimi vətəndaşın yanındadır"

Hit: 2464
"Azərbaycan dövləti hər zaman olduğu kimi vətəndaşın yanındadır"
Azərbaycan COVİD 19 pandemiyasına qarşı çevik və ən effektiv mübarizə aparan ölkələrdəndir. Virusun ölkəmizdə aşkarlandığı ilk gündən insanların sağlamlığının qorunmasının ən ali məqsəd olduğu dövlət başçısı tərəfindən bəyan edilib və pandemiyanın yaratdığı təhlükəyə rəğmən, Azərbaycanda əhalinin sağlamlıq hüququnun qorunması tam təmin olunur. Tətbiq olunan karantin qaydaları isə təbii ki, vətəndaşların sağlamlığının müdafiəsinə xidmət edir.
 
Ölkəmiz eyni zamanda pandemiya dövründə dünya dövlətlərinin ən çox ehtiyac duyduğu məsələ - qlobal həmrəylik təşəbbüsü ilə çıxış edən ilk dövlətlərdəndir. Bütün beynəlxalq qurumlar Azərbaycanın qlobal həmrəylik təşəbbüsünü, eləcə də pandemiya ilə mübarizə siyasətini yüksək qiymətləndirirlər. Bu mənada “Amnesty İnternational”ın hesabatında yer alan COVİD -19-dan təqib vasitəsi kimi istifadəyə dair iddiaların heç bir əsası yoxdur. Bu qərəzli yanaşma nüfuzlu beynəlxalq qurumların obyektiv mövqeyi ilə ziddiyyət təşkil edir. Bu gün Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb.
 
Ölkəmiz mürəkkəb pandemiya dövründə qlobal həmrəyliyə töhfə verdiyi, öz vətəndaşlarının həyatını ən yüksək səviyyədə qoruma nümunəsi sərgilədiyi halda bu reallığı məqsədli şəkildə təhrif cəhdləri isə qərəzin göstəricisidir. Azərbaycanda hər zaman olduğu kimi, pandemiya dövründə də dövlət çevik və genişmiqyaslı sosial dəstək tədbirləri ilə vətəndaşın yanındadır.

Millət vəkili
Könül Nurullayeva


 








Redaktorun seçimi