"Bizim üçün Vətən, bayraq, millət namusdur"

Hit: 740
"Bizim üçün Vətən, bayraq, millət namusdur"
Bu gün Azərbaycanın milli bayramı - Respublika Günüdür. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
 
Faktor.az xəbər portalının Baş redaktoru, ekspert Aslan Abbaszadə Respublika Günü ilə bağlı xalqımızı təbrik edib:
 
"Müstəqillik çətin əldə olunan, lakin gözəl hiss bağışlayan duyğudur. Müstəqil olmaq, sərbəstlik, azadlıq, suverenlikdir. Birlik və bərabərliyin hökm sürmədiyi dövrdə müsəlman şərqində ilk dünyəvi demokratik ölkə olmaq heç də asan olmasa da, Azərbaycan bu adı tarixə yazdırmışdır. 1918-ci ildən vahid Azərbaycan yaratmaq kimi məsuliyyəti öz üzərinə götürən Məhəmməd Əmin Rəsulzadə "bir kərə yüksələn bayraq bir daha enməz!" Sözünü işlətmişdir.
Bizim üçün Vətən, bayraq, millət namusdur. Hər bir dövlətin tarixi onun şöhrəti və hər bir xalqın keçmişi onun şərəfidir. Respublika günümüz mübarək olsun!!
 








Redaktorun seçimi