"Müharibə döyüş meydanında aparılır, televiziya ekranında getmir"

Hit: 1099
"Müharibə döyüş meydanında aparılır, televiziya ekranında getmir"
Dövlətçilik:
Şablonçuluq və ya Adiçilik
 
KİV-də ölkənin real mənzərəsi əks olunmalı, dövlət və cəmiyyətin potensial inkişafı təzahür etdirilməlidir.
Daha “İt otu - Cəhrə qılı” yox!
 
Efir məkanında cövlan edən, Cıdır düzündə “Qarabağ Atını oynadan” “ekspertlərimiz+” Ermənistan üçün daha yararlıdı, nəinki Azərbaycan üçün.
Hər üç müzakirədə qoyulan mövzunun ikisi Ermənistanın “çökməsi”nə həsr olunur.
Birində isə siyasi vəzifə tutub vurulmuş şəxslərdən bəhs edilir.
O məmurlardan ki, “sağlığında” mədhiyyə deyilirdi və imkanlarından bəhrələnilirdi.
(Hansı ki, həmin kürsüdə əsrin dörddə birini oturublar. Özbaşınalıq etsələrdə özbaşına oturmayıblar!)
 
Qeyd:
Bu qədər yaxından ailəlikcə dövlətçiliyə - Böyük Heydər Əliyev ideyalarına xidmət edə-edə deputatlığa real seçilmək vəziyyətdə “yuxarıdan deyilməlidir!” Problemi ilə qarşı-qarşıya qaldım...
Hələ o ki qaldı qanunla müəyyənləşdirilən təyinatlı vəzifələrə...
Bu kimi hallar, əslində milli təhlükəsizliyimiz üçün qara yaradır.
Bununla elə bilirik ki, düşmənə və ya xainlərə qalib gələcəyik. Şuşanı fəth edəcəyik.
Yaxud da məsuliyyət hissini çoxaldıb rüşvətxorluq vərdişini azaldacağıq.
Əsla yox!
Müharibə döyüş meydanında aparılır, televiziya ekranında getmir. Kadr hazırlanır - Anadan olmur və yaxud nəsildən-nəslə yetişmir. Miras deyil ötürülə.
Elə həssas məsələlər, sarkal nüanslar vardır ki, onları şablon müzakirə mövzusuna çevirəndə ucuzlaşır, adiləşir. Mahiyyətini itirir. Məqsədini tükətir.
Bu gün KİV-də bəsit təfəkkürlərin döyüşü gedir, eyni fikirlərin spekuliyasiyası ilə manipuliyasiya edilir. Elə bunun qalibiyyətidə bəsit olacaq.
“Atəşkəs” cümləsinin mübtədası ilə xəbərinin yeri dəyişdirilərək “qələbə” marşı oxunur...
Beləliklə, bəzi “ekspert+”lər bir hüceyrəlilər kimi, dəyişkənliyi təmsil edir. Ya da məzar böcəkləri kimi, ölülərlə qidalanır. Hələ leş yeyən quşları demirəm.
 
Bir sözlə, özləri də bilməyərəkdən “Düşmən dəyirmanına su tökür”lər.

Yəhya Babanlı








Redaktorun seçimi