"Vətəndaşlar bu dövrdə dövlətin diqqət və qayğısını yaxından hiss etdilər"

Hit: 628
"Vətəndaşlar bu dövrdə dövlətin diqqət və qayğısını yaxından hiss etdilər"
Dəyərli həmvətənlər!
 
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram.
 
Əvvəlki illərdən fərqli olraq bu il Ramazan ayı bütün dünyada yayılan pandemiya dövrünə təsadüf etdi. Pandemiya səbəbindən ölkəmizdə də karantin rejmi tətbiq edildiyi dönəmdə insaların yaranan gündəlik qayğıları dövlətimiz tərəfindən nəzarətdə saxlanıldı və yaranan qayğıları qarşılandı. Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən priventiv tədbirlər nəticəsində yoluxma sayı geniş vüsət ala bilmədi və itkilərimiz az oldu. Ölkə vətəndaşları bu dövrdə də dövlətin diqqət və qayğısını yaxından hiss etdilər. Bu dönəmdə xalqımız cənab prezidentimizin çağırışı əsasında birlik nümayiş etdirdi.
 
Məhz müqəddəs Ramazan ayının fəlsəfəsi də insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı özündə təcəssüm etdirir.
 
Bu əziz bayram münasibətilə bir daha hər birinizi təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək!

Millət vəkili
Cavid Osmanov







Redaktorun seçimi