Millət vəkilindən həkimlərin həyat sığortası üçün - AÇIQLAMA

Hit: 1199
Millət vəkilindən həkimlərin həyat sığortası üçün - AÇIQLAMA
Milli Məclisin deputatı Nigar Arpadarai həkimlərin həyat sığortasının tətbiqi üçün Azərbaycan Mərkəzi Bankına (AMB) və TƏBİB-ə müraciət edib.
 
Faktor.az xəbər verir ki, bu barədə millət vəkili öz facebook səhifəsində məlumat verib.
 
Deputat ötən ay AMB və TƏBİB-ə müraciət etdiyini qeyd edib
 
"Mən hələ keçən ayın əvvəlində həkimlər və tibb personalı üçün həyat sığortasının tətbiqi ilə bağlı təklif irəli sürərək, bu mövzu ilə bağlı TƏBİB-ə və Mərkəzi Banka sorğularımı yönləndirmişəm. TƏBİB-dən hələ cavab gözləyirəm, anlayıram ki, hazırda bu qurumun üzərinə ciddi yük düşür. Mərkəzi Bankın cavabını isə almışam. Gördüyüm budur ki, bu sistemin tətbiqi üçün qanunvericilikdə mexanizmlər var, sadəcə bəzi düzəlişlər, əlavələr olunmalıdır. Həkimlər və tibb personalı üçün təhlükəsiz iş şəraitinin yaradılması ilə yanaşı, onlara digər “qoruma” üsulunu da təqdim etməliyik. Bu da həyat sığorta mexanizmidir. Bunu etmək üçün indi əsl zamanıdır".
 
N.Arpadari xatırladıb ki, Covid-19 virusuna yoluxanların 18%-i tibb işçisidir. Fədakarcasına işlərini görən həkimlərimiz hələ də ciddi təzyiq altında işləyir. Dövlət başçısı karantin tədbilərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb. Lakin biz də fikirləşməliyik, təkliflərimizi etməliyik. Statistikaya görə 681 nəfər tibb işçisi Covid-19 virusuna yoluxub.








Redaktorun seçimi