Adil Əliyev gənclərin insan alveri qurbanına çevrilməsindən danışdı

Hit: 468
Adil Əliyev gənclərin insan alveri qurbanına çevrilməsindən danışdı
“Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür”.
 
Faktor.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
 
Onun sözlərinə görə, bu gün narahatedici məsələlərdən biri gənclərin və xüsusilə yetkinlik yaşına çatmayanların insan alverinin qurbanına çevrilməsidir: “Bəzi hallarda insanın özü və ailə üzvləri cinayətkarların şirin vədlərinə inanır, regionlardan paytaxta, habelə xarici ölkələrə aparılır”.
 
Sədr müavini bildirib ki, Milli Məclisin qarşısına qoyulmuş məsələlərdən biri də cəmiyyətin inkişafı ilə bağlıdır: “Son günlər ictimaiyyətin diqqətində olan 5 yeniyetmə qızın bir gənc qızı döyməsi, bunu sosial şəbəkələrdə paylaşması və barələrində cinayət işinin başlanmasıdır. O gənclərin həyatı təhlil edilərkən məlum olur ki, həmin qızlardan birinin anası insan alveri ilə məşğul olduğuna görə azadlıqdan məhrum edilib”.







Redaktorun seçimi