Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN

Hit: 646
Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN
Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
 
Faktor.az-ın məlumatına görə, fərmanla Agentliyə yeni səlahiyyət verilib.
 
Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.








Redaktorun seçimi