Operativ Qərargah diplomatlara müraciət etdi

Hit: 589
Operativ Qərargah diplomatlara müraciət etdi
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisindəki xüsusi rejim dövründə (martın 31-dən aprelin 20-dək) Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatlara müraciət edib.
 
Operativ Qərargahdan Faktor.az-a verilən məlumatda deyilir:
 
"Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər".







Redaktorun seçimi