DSX: Erməni təxribatının növbəti dəfə qarşısı alınıb

Hit: 503
DSX: Erməni təxribatının növbəti dəfə qarşısı alınıb
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Faktor.az-a verilən məlumata görə, 13 mart tarixində 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.
 
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.
 
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.







Redaktorun seçimi