Türkiyə yasda - 33 şəhid var

Hit: 885
Türkiyə yasda - 33 şəhid var
İdlibdə Bəşər Əsəd rejimi qüvvələrinin hücumu nəticəsində öldürülən Türkiyə Silahlı Qüvvələri əsgərlərinin sayı 33-ə çatıb.

Faktor.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin valisi Rəhmi Doğan məlumat verib.
 
Onun sözlərinə görə, hücumda xəsarət alanların həyatı üçün heç bir təhlükə yoxdur.
 
"Hazırda İdlibdə yaralanan 36 türk əsgəri xəstəxanaya yerləşdirilib", deyə qubernator bildirib.
 
Bundan əvvəl Doğan, 29 türk əsgərinin Suriya ordusunun hava hücumu nəticəsində öldüyünü açıqlamışdı.








Redaktorun seçimi