Yəhya Babanlıdan Münxen görüşü ilə bağlı - VACİB AÇIQLAMA

Hit: 695
Yəhya Babanlıdan Münxen görüşü ilə bağlı - VACİB AÇIQLAMA
Politoloq Yəhya Babanlıdan  maraqlı açıqlama yayıb
 
Bu qaçılmaz gerçəklik və labüd vasitədir
 
Hərb və ya sülh, olum və ya ölüm prinsipləri vacib və aktualdır!
 
Azərbaycanın Prezidenti İlham Əliyevin real və Ermənistanın Baş naziri Nikol Paşiniyanın potensial Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı tarixi ekskursiyaları dünya tarixçiləri üçün çiddi araşdırma mövzusu və mənbəyidir.
Dünya ictimaiyyətinin fikirini spekulyasiyalarla yayındıran və Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar masasına çəkilməsi yolunda manipulyasiya edən erməni Baş nazirin yalan tarixi və xəbər - "fakt və fake"lər ilə diqqəti çəkdi.
 
Amma yalan ayaq tutar yeriməz.
Nə qədər var-gəl etsə də dərk edilməlidir ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyin bərpa və bəyan edəndə 86,6 min km ərazidə, BMT-yə üzv qəbul edəndə Dağlıq Qarabağ daxil, bu ərazidə dünya birliyinin subyektinə çevrilmişdir.
Hazırda danışıqlar prosesi sülh prinsiplərinə əsaslansa da, gələcəkdə öz suverenliyini və ərazi bütövlüyünü mövcud üsullarla bərpa etmək Azərbaycan Respublikasının tarixi və mənəvi haqqıdır.
Bu qaçılmaz gerçəklik və labüd vasitədir.
 
Moderator: 30 saniyə.
 
Prezident İlham Əliyev: Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!
 
Moderator: Buyurun, söz sizindir.
 
Nikol Paşinyan:
 
Biz çox böyük erməni əhalisi olan Naxçıvan məsələsini də bilirik. O, Azərbaycanın muxtar respublikasıdır. Hazırda orada heç bir erməni yoxdur.








Redaktorun seçimi