Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələri ləğv edilib

Hit: 1248
Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələri ləğv edilib
33 saylı Xətai birinci seçki dairəsindən qeydə alınmış namizəd Fuad Abbasov Mərkəzi Seçki Komissiyasına müraciət edib.
 
Faktor.az xəbər verir ki, o müraciətində həmin dairədə seçkilərin nəticələrinin etibarsız hesab edilməsini istəyib. Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, 3 istiqamət üzrə araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, mübahisələrindirən 21 məntəqə üzrə pozuntular aşkar olunub.
 
Beləliklə, MSK həmin dairədə də seçkilərin nəticəsini etibarsız hesab edib.
 
Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hüseynbala Mirələmov idi.








Redaktorun seçimi