MSK Hadı Rəcəblinin dairəsini nəticələrini ləğv edib

Hit: 951
MSK Hadı Rəcəblinin dairəsini nəticələrini ləğv edib
74 saylı Lənkəran Kənd Seçki dairəsindən qeydə alınmış namizəd Rəvan Bəşirov və Əzizxan Əzizov Mərkəzi Seçki Komissiyasına müraciət edib.
 
Faktor.az xəbər verir ki, seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini tələb edib. Səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb. Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub. 27 seçki məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edilib.
 
Beləliklə, MSK qərara alıb ki, 74 saylı Lənkəran seçki dairəsində seçkilərin nəticəsi etibarsız hesab edilsin.
 
Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hadı Rəcəbli olub.








Redaktorun seçimi