İranda islam inqilabının qələbə çalmasından 41 il ötür

Hit: 1110
İranda islam inqilabının qələbə çalmasından 41 il ötür
İranda islam inqilabının qələbə çalmasından 41 il ötür.
 
SalamNews xəbər verir ki, ötən əsrin 70 və 80-cı illərində İranda şah rejiminə qarşı etirazların baş qaldırması və Ruhullah Musəvi Xomeyninin Fransaya sürgün edilməsi, sonradan isə İrana qayıdışı islam inqilabının 1979-da zəfər çalması ilə nəticələndi.
 
İnqilabın banisi Ayətullah Musəvi Xomeyni sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, İrandakı şahlıq rejiminin korrupsioner mahiyyətini, diktatorluğu və Amerikanın İrandakı istismarçı siyasətini ifşa etdi və çağırışlar edərək, islam inqilabının zəfər çalmasına şərait yaratdı. 
 
Ayətullah Ruhullah Musəvi Xomeyninin başçılığı ilə 1979-cu ilin fevralında baş tutan İslam İnqilabı əsrlərlə İrana hakim kəsilmiş şahlıq rejiminə son qoydu və dünyada iki güc qütbünün yəni kommunizmlə kapitalizmin ciddi rəqibi olaraq meydana gəldi. Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi dünyanı ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq mümkün olardı. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “Nə şərqi nə qərbi yalnız islam cümhuriyyəti” devizi altında bir iqtidar meydana gəldi. Bu iqtidarın irfan elmi mütəxəssisi olan bir fəqih və müctəhid tərəfindən həyata keçirilməsi islam inqilabının əsas özəlliklərindən biri idi.
 
1979-cu ilin 1 fevral (12 bəhmən - h.ş) günü 15 il sürgündə qalmış Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehrana enməsi gününə təsadüf edib. Tehrana gələn Ayətullah Musəvi Xomeyni onu qarşılayan saysız-hesabsız iranlılar qarşısında və yüzlərlə xarici jurnalsitin qarşısında ilk çıxışını edərək, xalqın dəstəyi ilə dövlət təyin etdiyini elan etdi.
 
Həmin ayın 5-də İranın Hava Qüvvələrinin bir qərargahı Ayətullah Musəvi Xomeynini dəstəklədiklərini bəyan etdilər. Həmçinin bu gündə müctəhidlər Ayətullah Mərəşi Nəcəfi  və Seyyid Məhəmməd Baqir Sədr ona təbrik teleqramması göndərdilər. Həmin gündə Tehranın meri Ayətullah Musəvi Xomeyni qarşısında istefa verdi. Lakin Ayətullah Musəvi Xomeyni yenidən onu bu vəzifəyə təyin etdi.
 
Ayətullah Musəvi Xomeyni 5 fevralda Mehdi Bazərqanı yeni dövlətin baş naziri vəzifəsinə seçdi. Bu gündə rejimin dəyişməsi üçün ümumxalq referendumun keçiriləcəyi elan edildi.
 
Növbəti gündə İranın o zamankı Şura Məclisi tərəfindən rejimin kəşfiyyat xidməti yəni Savak ləğv edildi.
 
1979-cu ilin fevralın 8-də Tehranın və İranın tarixində ən böyük aksiya baş tutdu. Kütləvi aksiyanın son bəyanatında Ayətullah Musəvi Xomeyninin təyin etdiyi baş nazirin səlahiyyəti təsdiqləndi və şah Pəhləvinin baş nazirinin kənarlaşdırılması tələb olundu.
 
Növbəti iki gündə yəni 20-21 "bəhmən" günləri isə Ayətullah Musəvi Xomeynini dəstəkləyən 100 minlərlə aksiyaçı ilə Şah rejiminin Milli Qvardıyası arasında qanlı qarşıdurmanın şahidi oldu. Ayətullah Ruhullah Musəvi Xomeyni cihad fətvası verəcəyi ilə rejimi təhdid etdi. Bəzi polis məntəqələri xalq qüvvələrinin əlinə keçdi.
 
11 fevral (22 bəhmən) günündə həbsxanalar, parlament, polis mərkəzləri, Teleradio binası və digər dövlət dairələri  xalq qüvvələrinin nəzarətinə keçdi. Bu gündə İran Silahlı Qüvvələrinin Baş Qərargahı inqilabla bağlı bitərəf olduğunu elan etdi. Məhz bundan sonra İranda şah rejiminin devrilməsi  və inqilabın qələbə çalması rəsmən elan edildi.
 
Artıq 41 ildir ki bu günlər hər il İranda qeyd edilir. Bu inqilab dünyada müsəlman xalqların və azlıqların ürəyində yeni ümid ocağı yaratdı. Eyni zamanda dünyanın iki güc qütbü üçün ciddi rəqib kimi meydana atıldı.








Redaktorun seçimi