Adil Əliyevin seçicilərlə görüşündə - BÖYÜK İZDİHAM - FOTOLAR

Hit: 1423
Adil Əliyevin seçicilərlə görüşündə - BÖYÜK İZDİHAM - FOTOLAR
Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb.
 
Əvvəlcə Adil Əliyevə həsr edilmiş film nümayiş olunub.
 
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərov çıxış edərək deyib ki, Adil Əliyev vətənpərvər insandır.
 
O bildirib ki, Milli Məclisdə A.Əliyev kimi insanlar təmsil olunmalıdır: "Adil Əliyev həmişə seçicinin yanında olub, onların problemləri ilə maraqlanıb. O, Qarabağ qazilərinə xüsusi diqqət göstərib. Ona görə də düşünürəm ki, Adil Əliyev növbəti dəfə də deputat seçilməlidir. Seçiciləri ona səs verməyə çağırıram".
 
Professor Rəşid Mahmudov Adil Əliyevin fəaliyyətini yüksək qiymətləndirib: "Adil Əliyev əsl vətəndaşdır. Dövlət Adil Əliyev kimi vətəndaşların üzərindədir. O, hər şeyə layiqdir. Ölkəmizdə qoçaq insanlar çoxdur. Onlardan biri də Adil Əliyevdir. O, deputat seçilməsə də, bu millətə xidmət edəcək. Milli Məclisin deputatlarının az bir hissəsi Adil müəllim kimi olarsa, ölkəmiz çiçəklənər".
 
Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev hamını seçkilərə səsləyib: "Hamı seçkilərdə iştirak etməlidir. Tövsiyə edirəm, ərazidə yaşayanlar Adil Əliyevə səs versinlər. Onun xidmətlərini sadalamağa ehtiyac yoxdur, hər kəs bilir. Biz onun fəaliyyətini yüksək qiymətləndiririk".
 
Sonra çıxış edən Adil Əliyev şəhid ailələri və Qarabağ qazilərinə diqqətdən danışıb: "Onlar vətən yolunda canlarından keçiblər. Biz hər zaman onların yanında olmalıyıq, problemərini anındaca həll etməliyik. Bizim onlara borcumuz var. Hər bir Azərbaycan vətəndaşı ölkənin ərazi bütövlüyünün qorunması üçün xidmət etməlidir. Əminəm ki, Azərbaycan ordusu torpaqları işğaldan azad edəcək. Ona görə də biz sona qədər döyüşçülərin yanında olacağıq. Çünki onlar təmənna güdmədən bu işi davam etdirirlər".
 
A.Əliyev deputatı olduğu əraziyə yaxından bələd olduğunu qeyd edib.
 
O, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Ölkəmizdə bütün sahələrə diqqət göstərilir. Dövlət nə bacarırsa, edir. Azərbaycan güclü dövlətdir, bir sıra meqa-layihələrə imza atıb. Artıq böyük dövlətlər ölkəmizlə hesablaşırlar. Bir məsələni xüsusi qeyd etmək istərdim, vətəndaşların milli şüuru inkişaf etdirilməlidir. Bəzilərində savad, pul var, amma vətənpərvər deyillər. Biz çalışmalıyıq ki, insanlar vətənpərvər olsun, vətəni sevsinlər. Ölkəmizi sevməyən qüvvələr var. Onlar Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyirlər. Biz ona görə də Prezident İlham Əliyevin və onun komandasının ətrafında sıx birləşməlidir. Hamı ölkə rəhbərinə kömək etməlidir".
 
A.Əliyev hamını seçkilərə səs səsləyib: "Seçkidə iştirak edin, istədiyiniz namizədə səs verin. İndiyədək kiminsə haqqının girməmişəm. Alnım açıqdır, vicdanım da təmizdir. Bunu seçicilər də bilir".
 
20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa digər namizəd Məhsəti Hüseynova Adil Əliyevə səs verəcəyini bəyan edib: "İmza toplayarkən qapını döyəndə hər kəs deyirdi ki, Adil Əliyevə səs verəcəklər. Mən də səsimi Adil Əliyevə verəcəyəm".
 
Görüşdə digər çıxış edənlər də Adil Əliyevi dəstəklədiklərini bildiriblər.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi